Sabah 42-43 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub- şərq küləyi əsəcək.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, gündüz saatlarında Dağlıq Şirvan, Quba, Qusar və Şərqi Zəngəzurun bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gündüz 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37