Pyotr Qorodov: Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir

Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir.

“Report” xəbər verir ki, bunu Rusiya Baş prokurorunun müavini Pyotr Qorodov Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda keçirilən beştərəfli görüşü zamanı deyib.

“Xəzəryanı dövlətlərin dənizin mühafizəsi məsələsində birgə fəaliyyəti regionun təsərrüfat subyektlərinin təhlükəsizliyini təmin edən amildir”, - o bildirib.

P.Qorodov qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı həm də Xəzər vasitəsilə dəniz daşımalarının istifadəsini də nəzərdə tutur.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24