Rövşən Abbasov: "Azərbaycanda sudan istifadə üçün limitlər yarana bilər"

"Azərbaycanda sudan istifadə üçün limitlər yarana bilər".

"Report" xəbər verir ki, bunu "Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Ekspert ölkəmizdə ən quraq regionların Mərkəzi Aran, Naxçıvan və Abşeron olduğunu söyləyib: "Həmin ərazilərin davamlı su ilə təminatına ehtiyac var. Azərbaycanın su ehtiyatlarının əksər hissəsi xarici ölkələrin ərazisində formalaşır. Su təchizatında buna görə problemlər yaşanır".

Onun sözlərinə görə, artıq bu gedişlə sudan istifadə üçün limitlər yarana bilər: "Hər kəs istədiyi yerdə su mühərriki qoyub çaydan su götürə bilməz. Çaylardan götürüləcək suyun miqdarını azaltmaq üçün müxtəlif müasir texnologiyalardan istifadə edilməlidir".

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37