Rəsədxana: “Ayın ətrafında müşahidə olunan nəhəng dairə halo adlı təbiət hadisəsidir”

Ötən gecə Azərbaycan səmasında Ayın ətrafında müşahidə olunan nəhəng dairə - halo təbiət hadisəsi olub.

Bunu “Report”a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.

O bildirib ki, bu təbiət hadisəsi əsasən, yanvar və fevral aylarında baş verir:

“Təbiət hadisəsi atmosferin yuxarı qatı, troposferdə olan buz kristallarında Günəş şüalarının əks etdirilməsi nəticəsində yaranan təsvirdir”.

S.Alışov əlavə edib ki, yanvarın 4-də başqa astronomik hadisə, Yer-Günəş qarşıdurması da baş verib:

“Belə ki, Bakı vaxtı ilə 20:17 radələrində Yer Günəşə 147 milyon 98 min 290 kilometr məsafədə yaxın olub”.

Qeyd edək ki, ötən gün gecə saatlarında Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olunub və insanlar tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34