Qarabağda qanunsuz qazıntı işləri aparan şirkətlərin aid olduğu ölkələr məlum olub

Azad olunan ərazilərdə əvvəl faydalı qazıntı yataqlarının istismarında xarici şirkətlər yaxından iştirak edib.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu şirkətlər Hindistan, ABŞ, Kanada, Rusiya və digər ölkələrə aiddir: “Hazırda zərərin qiymətləndirilməsi işləri gedir. Rəqəmlər əldə edildikdən sonra beynəlxalq hüquq çərçivəsində Ermənistana qarşı təzminat davası açıla bilər”.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20