Emoməli Rəhmon: “Qlobal su gündəliyinin həyata keçirilməsində əməkdaşlığın inkişafı üçün səylərimizi davam etdirəcəyik”

“Tacikistan qlobal su və iqlim gündəliyinin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.

"Report" xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“Ölkəmizdəki buzlaqların ümumi sayı 13 min təşkil edir və Mərkəzi Asiya sularının 60 faizinin mənbəyidir. Onlar son onilliklərdə həddindən artıq azalıb”, - o qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin su ilə bağlı digər öhdəliklərin həyata keçirilməsinə töhfə verəcəyinə əmindir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24