Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib.
"Report" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, payız ağac əkinində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunacaq: "Meşə əkinləri zamanı tut ağaclarının da əkilməsi planlaşdırlır. Respublikada “Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi” məqsədi ilə tut plantasiyalarının salınması üçün ETSN-in tinglik sahələrində yetişdirilən tut tinglərinin müvafiq Rayon İcra Hakimiyyətlərinə verilməsi təmin edilir".