Regional Komissiya iclasının iştirakçıları "Nərəmiz" balıqyetişdirmə zavodunda olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci sessiyası çərçivəsində tədbir iştirakçıları Pirallahı adasında fəaliyyət göstərən "Nərəmiz" balıqyetişdirmə zavodunda olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Türkiyə, Qırğızıstan, Tacikistan, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan nümayəndələri zavodun işləmə prinsipi, nərə balığının yetişdirilməsi və böyüdülməsi, eləcə də gələcək perspektivlərlə bağlı məlumat əldə ediblər.

Daha sonra “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyası müzakirələrlə davam edib və günün ikinci yarısında öz işini başa çatdırıb.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24