Rayonlara leysan yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-ü günün ikinci yarısında şimal-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 25-i gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20