Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib.

“Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır", - o deyib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37