Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan Reabilitasiya Pansionatının, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin və “Xətai Park” MMC tikinti şirkətinin inşa etdiyi yaşıyış kompleksinin ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib.

"Report" xəbər verir ki, ekoloqların, QHT, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə baş tutan tədbirdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Dinləmədə Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın həyətində 60 ədəd, Səhiyyə Nazirliyinin inzibati binasının həyətində və kənarlarında 25 ədəd, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsində 8 ədəd, Mərdəkan Reabilitasiya Pansionatının həyətyanı sahəsində 35 ədəd qurumuş və qəzalı ağacların götürülməsi barədə ümumi fikrə gəlinib, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırılıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38