Dövlət Xidməti Qubada havanı çirkləndirən yol idarəsini məhkəməyə verib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.

Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02