Qubada yeni meteoroloji dopler radar quraşdırılıb, dolu-leysan yağacağı əvvəldən məlum olacaq

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni meteoroloji dopler radar quraşdırılıb.

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə, erkən xəbərdarlıqların hazırlanmağa, eyni zamanda 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almağa imkan verəcək.

"Bundan başqa, dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - G.Abbasova deyib.

Xidmət rəisinin müavini vurğulayıb ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.

Qeyd edək ki, Quba rayonu ərazisində yeni quraşdırılan meteoroloji dopler radarın açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34