Qubada sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 993 manat məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02