Qubada “QAZEL”dən fıstıq cinsli meşə materialı aşkar olunub

Bakı. 25 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə "Report"a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZEL” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19