Qoşqar Təhməzli: "İstifadəyə yararsız pestisidlərlə bağlı ilkin təkliflər hökumətə təqdim edilib"

"İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərin həlli istiqamətində ilkin təkliflər hazırlanaraq hökumətə təqdim edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, pestisidlərlə çirklənmiş ərazilərdə və onların saxlanıldığı anbarlarda aparılan monitorinqlərin nəticələrinin təhlili ümumiləşdirilərək problemlərin aradan qaldırılması, habelə pestisidlərin dövriyyəsi sahəsində monitorinqlərin aparılması, mövcud vəziyyətin təhlil edilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı zəruri tədbirlərə dair təkliflərin hazırlanması məqsədilə İşçi qruplar yaradılıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24