Qızılağac Milli Parkının ərazisində ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24