Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözgedən şəxsdən ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24