“Qırmızı Kitab”a daxil olan soltanquş və bir neçə heyvan təbiətə buraxılıb

Vətəndaşların müracətləri əsasında yaşayış məntəqələrinə yaxınlaşan vəhşi heyvanlar götürülərək Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ağstafa rayonunda yerləşən iaşə obyektindən götürülən 2 baş canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçdikdən sonra Şirvan Milli Parkında vəhşi təbiətə qaytarılıb.

Bakı şəhərinin yaşayış məntəqələrinə yaxın ərazilərdən götürülən 1 baş tülkü və “Qırmızı Kitab”a daxil olan bir ədəd adi soltanquş isə Abşeron milli parkının əməkdaşları tərəfindən vəhşi təbiətə buraxılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20