Qeyri-sabit, yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi-Zəngəzurda 11 mm, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında 2 mm-dək təşkil edib.

Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 15, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37