Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

Bakı. 11 may. REPORT.AZ/ Qeyri-sabit hava şəraitinin, güclü küləyin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, may ayının 12-si gündüz saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir: "Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 13-ü səhər saatlarınadək davam edəcək".

G.Məmmədova qeyd edib ki, bu gün və sabah gün ərzində havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək: "Temperaturun enməsi sabah müşahidə olunacaq. Havanın temperaturu tədricən düzələcək". 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34