Baş hidroloq: "Qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcək"

Bakı. 12 may. REPORT.AZ/ Ötən günlər ərzində respublikanın bəzi ərazilərində yağış yağıb, əksər vaxtlarda yağıntı intensiv olub. Ən çox yağıntı isə Böyük Qafqazda qeydə alınıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq bildirib ki, temperatur rejimində elə bir mühüm dəyişiklik müşahidə olunmayıb: "Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim norması daxilində tərəddüd edir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcəyi gözlənilir". 

Digər xəbərlər

Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38