Sabah külək güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37