Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb - FOTO - VİDEO

Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə edilir.

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən (Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə), Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub. 

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37