Qərb bölgəsinin dağlıq rayonlarına ilk qar yağıb

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına ilk qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib. Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb.

Temperaturun aşağı düşməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb.

Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22