Qərb bölgəsinə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

Qərb bölgəsində gecə saatlarından yağan qar dağlıq rayonlarda avtomobillərin hərəkətində çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən gecədən başlayaraq Daşkəsən, Gədəbəy və Tovuza güclü qar yağıb.

Dağlıq ərazilərdə yerləşən ucqar kəndlərdə qarın hündürlüyü 20 santimetrdən çox olub. Nəticədə yollarda nəqliyyat vasitələrin hərəkətində çətinliklər yaranıb.

Sərnişin daşıyan mikroavtobus sürücüləri hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.

Hazırda aidiyyatı qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Qeyd edək ki, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında qar bir neçə gün öncədən yağmağa başlasa da gecə saatlarından daha da güclənib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24