Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Külək Gəncə şəhərinin bəzi hissələrində və yaxın rayonlarda elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb.

Hazırda küləkli hava şəraiti davam edir.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22