Qazaxda ağacları kəsən şəxs cəzalandırılıb

Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Ramal Bağırov "Report"a bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib”, - o bildirib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24