Qaxın Sarıbaş kəndinə 60 santimetr qar yağıb - FOTO - VİDEO

Qax rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Sarıbaş kəndinə 60 santimetr qar yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gecədən etibarən ölkənin şimal-qərb bölgəsinə qar yağmağa başlayıb.

Ən çox yağıntı Sarıbaş kəndinə düşüb. 

Kənd sakinlərinin "Report"un bölgə müxbirinə verdiyi məlumata görə, Sarıbaşda qarın qalınlığı hazırda 50-60 santimetr təşkil edir və yağıntı davam edir.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37