Qaxda qarın hündürlüyü 30 sm-ə çatıb, yollar xüsusi texnika ilə təmizlənir

Qax rayonunun bir sıra dağ kəndlərinə güclü qar yağıb, yollar xüsusi texnika ilə qardan təmizlənir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 13 nömrəli Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən, Qorağan-Qax-Zaqatala, Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu avtomobil yollarında hərəkətin intensivliyini təmin etmək üçün yollar texnikalar vasitəsilə qardan təmizlənib.

Hazırda Qaxın Sarıbaş kəndində qarın qalınlığı 30, İlisu kəndində isə 20 santimetrdir.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58