Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub.

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24