Qanunsuz qum daşıyanlar cəzalandırıldı

Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3 764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20