Qanunsuz qum daşınması ilə bağlı sənədlər prokurorluğa göndərilib

Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24