Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Zəvvar, Sarısu-Şərbətqobu ovçuluq təsərrüfatlarında, Şəmkir və Neftçala rayonları ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti mlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakini Hakim Ocaqverdiyev, Saatlı rayon sakinləri Ayaz Rzayev, Razim Rzayev, Saatlı şəhər sakini Cəfər Fərəcov, İmişli rayon sakinləri Cavid Zaidov, Tural Babaşov, Neftçala rayon sakinləri Eldəniz Sərhədov, İsabala Quliyev, Həzi Həsənov olduğu məlum olub. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22