Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: "Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

F.Əliyev həmçinin bildirib ki, Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor da yığışdırılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20