“Qanlı göl”ün adının dəyişdirilməsi təklif olunub: “Canlı göl”, “Yaşıl göl” və ya “Şamlı göl”

“Qanlı göl”ün adının dəyişdirilməsi təklif olunub.

"Report" xəbər verir ki, bu təklif Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” ərazisi ilə bağlı keçirdiyi ictimai dinləmədə edilib.

Görüşdə vaxtilə bu su hövzəsində batanların sayının çox olması səbəbindən onun “Qanlı göl” adlandırılması qeyd olunub, habelə gölün adının dəyişdirilərək “Canlı göl”, “Yaşıl göl” və ya “Şamlı göl” kimi adlardan birinin verilməsi təklif olunub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02