Proqnozlar Bürosu: Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək

Bakı. 30 mart. REPORT.AZ/ “Mart ayının 31-də ölkə ərazisində əsəcək güclü külək aprel ayının 1-də zəifləyəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək: “Aprel ayının 1-də səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22