Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19