Proqnozlar Bürosu: Növbəti iki gündə hava şəraitində dəyişiklik gözlənilmir

Bakı. 12 sentyabr. REPORT.AZ/ “Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19