Proqnozlar Bürosu: Növbəti iki gündə Bakıda küləkli hava şəraiti müşahidə olunacaq

Bakı. 29 iyul. REPORT.AZ/ "Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O xatırladıb ki, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: "Hazırda müşahidə olunan hava şəraitinin ayın sonunadək davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 42 dərəcəyədək yüksələcək".

G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında növbəti iki gün ərzində hava şəraiti yağmursuz keçəcək: "Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun isə 31-36 dərəcə arasında dəyişəcəyi gözlənilir". 

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24