Proqnozlar Bürosu: Növbəti günlərdə ölkə ərazisində hava şəraiti sabit keçəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ “Növbəti üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir: "Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19