Proqnozlar Bürosu: Növbəti günlərdə küləyin sürəti zəifləyəcək

Bakı. 20 avqust. REPORT.AZ/ "Havanın temperaturu növbəti iki gün ərzində 2-3 dərəcə yüksələcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O xatırladıb ki, bir neçə gündür Azərbaycanda qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur: "Bu gündən etibarən hava mülayimləşəcək. Növbəti iki gündə küləyin sürəti ötən günlərlə müqayisədə zəifləyəcək. Cənub-şərq küləyi əsəcək. Hava yağmursuz olacaq". 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02