Proqnozlar Bürosu: Həftə sonu Azərbaycanda isti hava şəraiti davam edəcək

Bakı. 3 avqust. REPORT.AZ/ “Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: “Paytaxtda mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: “Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34