Proqnozlar Bürosu: Bu gün havanın temperaturu 27 dərəcəyədək yüksələcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bu gün, oktyabrın 30-u Azərbaycanda havanın temperaturunun günorta saatlarında 23-27 dərəcəyədək yüksələcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün hava isti keçsə də, sabahdan temperatur tədricən enəcək: "Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal küləyinin arabir güclənəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bu günlə müqayisədə temperaturun tədricən 3-5 dərəcə enəcəyi gözlənilir".

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22