Proqnozlar Bürosu: Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır

Bakı. 28 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, isti hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində artıq bir neçə günür ki, ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti müşahidə olunur: "Anomal isti hava şəraitinin iyul ayının 2-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq". 

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24