Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

Bakı. 24 avqust. REPORT.AZ/ “Avqustun 27-dək ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti iki gün ərzində ölkədə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq: “Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu isə günorta saatlarında 30-35 dərəcə arasında dəyişəcək”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02