Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə beş yüzdən artıq eldar şamı və zeytun ağacları əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.  

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24