Professor: Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb

Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb.

"Report" xəbər verir ki, bunu akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Qurunun hidrologiyası və su ehtiyatları" şöbəsinin müdiri, professor Rza Mahmudov COP29-la bağlı "Azərbaycanda regional iqlim dəyişmələri və onun su ehtiyatlarına təsiri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ölkə ərazisində regional iqlim dəyişmələrinin mövcud durumu və onun su ehtiyatlarına təsiri nəticəsində orta çoxillik temperaturlar çoxillik normaya nisbətən 1.1o C artıb: "Çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb".

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37