Prezidentin nümayəndəsi: Azərbaycan Xəzər dənizi ilə bağlı BMT ilə sıx əməkdaşlığa hazırdır

Xəzər dənizində suyun səviyyəsinin azalması ekoloji çağırışdır.

"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, su problemi iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrindəndir:

"Xəzər dənizi diqqətdən kənarda qala bilməz. Bu, çox böyük ekoloji çağırışdır. Ekosistem üçün böyük risklər yaradıb. Azərbaycan da bunun üçün çağırışlar edir. Azərbaycan rəhbərliyi Xəzər dənizi ilə bağlı qonşu ölkələri daha güclü əməkdaşlığa çağırır. Azərbaycan bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlığa hazırdır. Kənd təsərrüfatı sahəsində fermer və bölgə icmalarını dəstəkləyən bir çox proqramların olduğunu bilirik. Əsas məsələ fermerlərə iqlim dəyişikliklərinin gətirdiyi problemlər çərçivəsində kömək etmək mütləqdir. Çünki onlar ehtiyac duyduqları dəstəyə çata bilməlidirlər".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02