Polietilen torbalar alıcılara pulla təqdim olunacaq

“Yalnız nazik deyil, daha qalın polietilen torbaların da ödənişli olması üçün qanunvericilikdə dəyişiklik edilə bilər”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı"nda deyib.

O qeyd edib ki, polietilen torbaların alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır:

“Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub. Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq. Polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”.

{{vote-137}}

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34